“Sağlamlığımızın sabahı” adlı həkim rezidentlərin Elmi-Praktik konfransı

22 dekabr tarixində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının və Bakı Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sağlamlığımızın sabahı” adlı həkim rezidentlərin Elmi-Praktik konfransı keçiriləcək. Cərrahi və terapevtik ixtisasları əhatə edən elmi panellərdə həkim rezidentlərimiz müxtəlif mövzular əfrafında çıxışlar edəcək. Cərrahi və terapevtik ixtisaslar üçün təşkil olunan kurslarda isə Mərkəzimizin mütəxəssis həkimləri tərəfindən konfrans iştirakçılarına müxtəlif kurslar tədris olunacaq. Konfransın keçirilməsində əsas məqsəd həkim rezidentləri elmi tədqiqat fəalliyyətinə cəlb etmək, rezidentura təhsilinin keyfiyyətini artırmaqdır. Sizləri 22 dekabr tarixində Bakı Sağlamlıq Mərkəzinin konfrans zalında baş tutacaq “Sağlamlığımızın sabahı” adlı həkim rezidentlərin elmi-praktik konfransına dəvət edirik.

Diqər xəbərlər